Qadin.NET / Yunan Küftəsi -"Köftedes" (foto-resept)

Yunan Küftəsi -"Köftedes" (foto-resept)

 

Tərkibi:

250 qram dana + 250 qram quzu qiymə

4 dilim ağ çörək qabığı ilə

2 ədəd soğan (xırda doğranmış)

1 diş sarımsaq

2 ədəd yumurta

cirəa

kəklikotu

nanə

cəfəri

duz və istiot

4 y/q ouzo və ya rakı (içki)

çörək dilimlərini də islatmaq üçün bir qədər ouzo və ya rakı

Un küftələri batırmaq üçün

Duru yağ qızartmaq üçün

 

(spirtli içki istifadə etmək istəməyənlər su və ya süd istifadə edə bilər)

 

Hazırlanması:

Qiyməni dərin qaba qoyun, soğanı, sarımsağı ouzo ilə isladıb diddiyiniz çörək və bütün ədviyyatları əlavə edin.

Qiyməni top halına gələnə qədər qovurun və streçlə örtərək soyuducuya qoyun.

1 gecə gözlədikdən sonra qiyməni soyuducudan çıxarıb qoz böyüklüyündə toplar hazırlayın.

Yunan Küftəsi -"Köftedes" (foto-resept)

Dərin qazan və ya tavada bol yağda qızardın. Hazırladığınız küftələri una batırdıqdan sonra qızardın və kağız dəsmal sərilmiş boşqaba qoyun.

Sarımsaqlı qatıqla servis edə bilərsiniz.

Yunan Küftəsi -"Köftedes" (foto-resept)

 

25 mart 2020
GO BACK