Tərkibi:
2 su st düyü
3 ədəd orta boy pomidor
3 su st isti ət suyu
2 y/q kərə yağı
duz (ət bulyonu istifadə edəcəksinizsə, duz əlavə etməyin)
Hazırlanması:
Düyüləri 2-3 dəfə yuyub ilıq suda üstünə duz əlavə edərək yarım saat gözləyin.
Pomidorların saplarını ayırıb yuyun. Yuduğunuz pomidorları blenderdən keçirin.
Kərə yağını qzana əlavə edib əridin, daha sonra pomidorları əlavə edərək suyunu çəkənə qədər qovurun.
Suyunu çəkən pomidorların suyunu süzdüyünüz düyüyə əlavə edərək 2-3 dəqiqə qovurun.
Qovurduğunuz düyülərin üstünə ət suyunu və duzu əlavə edərək 1-2 dəfə qarışdırın.
Orta dərəcədən suyunu çəkənə qədər bişirin. Qazın üstündən götürmədən qarışdırıb üstünə kağız dəsmal sərin.
Qapağını bağlayıb 10 dəqiqə qırağa qoyun. Dəmləndikdən sonra servis edin.