Qadin.NET / Lənkəran ləvəngisi və aşı (foto resept)

Lənkəran ləvəngisi və aşı (foto resept)

Lənkəran ləvəngisi və aşı (foto resept)

Lənkəranlıların ən sevimli yeməklərindən biri də ləvəngidir.Ləvənginin növləri çoxdur.Mən bu gün sizə TOYUQ VƏ BADIMCAN LƏVƏNGİSİnin reseptini yazacam. Təbii ki,ləvəngini aşsız təsəvvür etmək olmaz. Ona görə də aş haqqında da yazacam.

 

Tərkibi:
Ləvəngi üçün:
Toyuq
Badımcan
3 soğan
200 q qoz
turşu(yaş)

Aş üçün:
2 st düyü
1 yumurta
3 x q un
2 x q qatıq
100 q kişmiş
Azərduz yodlu narın xörək duzu
İstiot, zəfəran(yoxdursa sarıkök)

Hazırlanması:

Əvvəlcə Ləvəngidən başlayaq.
Toyuğu yaxşıca yuyuruq. Sonra 7-8 dəq qaynadırıq.Qaynadıqdan sonra soyudub,duz-istiot vururuq.
Badmcanın içini təmizləyib(dolmadakı kimi) duzlu və limonlu suya qoyuruq

 

LƏNKƏRAN LƏVƏNGİSİ VƏ AŞI (fotoresept)


Sonra ləvənginin içini hazırlamağa baslayırıq.
Soğanları soyuruq.Ət maşnından keçiririk.Sonra çəkilmiş soğanın suyunu sıxırıq,tavaya qoyub,qovururuq,tava yağsız olmalıdır,çox bişirmirik.

LƏNKƏRAN LƏVƏNGİSİ VƏ AŞI (fotoresept)


Sonra qozu maşinkada çəkirik. Çəkdikdən sonra soğanı, 1-2 q yaş turşunu, duzu və istiotu üzərinə əlavə edirik.
Badımcanı sudan çıxarıb,yenidən yuyuruq.Duz,istiot vurub içinə hazırladığımız qiyməni doldururuq.Həmçinin toyuğun içinə də eyni qayda da doldururuq. 

Hər 2 sini üzərinə şəkildə göstərildiyi kimi turşu çəkirik.Əlimizdə 1 az isladıb hər tərəfinə vururuq,peçə qoyur,160-180 dərəcədə bişiririk.

LƏNKƏRAN LƏVƏNGİSİ VƏ AŞI (fotoresept)


Aşın hazırlanması:
Düyünü 1neçə saat əvvəldən suya qoyuruq.

LƏNKƏRAN LƏVƏNGİSİ VƏ AŞI (fotoresept)


Qazana su əlavə edib, qaynayana kimi gözləyirik. Qaynadıqdan sonra üstünə 1 x q duz tökürük. Qarışdırıb düyünü (süzüb) tökürük. Düyünü suda tam bişməyə qoymayıb,götürür və süzürük.
Unu,yumurtanı,qatıgı qarışdırırıq.Üstün bişirdiyimiz düyüdən 2-3 qaşıq,həmçinin duz, istiot əlavə edir, yenidən qarışdırırıq.

LƏNKƏRAN LƏVƏNGİSİ VƏ AŞI (fotoresept)


Qazanı yağlayırıq. Alınan qarışığı qazana tökürük, şəkildə daha aydın göstərmişəm

LƏNKƏRAN LƏVƏNGİSİ VƏ AŞI (fotoresept)


Qazanı 1 dəq peçə qoyuruq.Daha sonra süzülmüş düyünü qazana tökürük

 

LƏNKƏRAN LƏVƏNGİSİ VƏ AŞI (fotoresept)


Üzərinə zəfəran (əvvəldən zəfəranı suda isladıb, qazana sulu halda əlave edin).Əgər yoxdusa sarıkökdə olar,kişmiş töküb, dəmə qoyuruq. 

LƏNKƏRAN LƏVƏNGİSİ VƏ AŞI (fotoresept)


Dəmə qoyduqda çalışın dəmir qoyub, üstündən qazanı qoyun ki qazanın dibi yanmasın. Həmçinin çox balaca qazda.
Buyurun ləvəngilər və aş hazırdır.

LƏNKƏRAN LƏVƏNGİSİ VƏ AŞI (fotoresept)


Nuş olsun!

 

2 iyun 2010
GO BACK