Qadin.NET / Özbək plovu (video-resept)

Özbək plovu (video-resept)

 

Tərkibi:

Özbək plovu (video-resept)

1/2 su st duru yağ

2 y/q kərə yağı (arzuya görə)

2 ədəd quru soğan 

5 ədəd orta boy kök (sürtgəcdən keçirilmiş)

400 qram quşbaşı quzu əti 

3 su st düyü (yuyulmuş, süzülmüş)

2 baş sarımsaq

4,5 su st isti su (arzuya görə ət və ya tərəvəz suyu)

1/2 ç/q duz

1 ç/q istiot 

Özbək plovu (video-resept)

Hazırlanması:

Yarım su stəkanı duru yağ ilə kərə yağını plov qazanında əridin.

Doğradığınız soğanları əlavə edin və xəfif karamelize olana qədər qovurun.

Quşbaşı ətləri qazana əlavə edin və suyunu çəkənə qədər qovurun.

Ətlər suyunu çəkib qovrulduqdan sonra sürtgəcdən keçirilmiş kökləri əlavə edin və qarışdırın.

Köklər yumşalanda düyüləri əlavə edin və 3 dəqiqə qədər qovurun.

Su, duz və istiotları əlavə etdikdən sonra qarışdırın və 2 baş sarımsağı plovun ortasına qoyub xəfif basdırın və qapağını bağlayın.

5 dəqiqə yüksək, 10 dəqiqə aşağı dərəcədə bişirdikdən sonra servis edin.

 

 

15 yanvar 2020
GO BACK