Tərkibi:
1 stəkan fıstıq əzməsi
1 ədəd yumurta
1 ç/q maye yağ
1 y/q kakao
1 y/q darçın
1 kasa mürəbbə
Ələ yapışmayacaq qədər un
Hazırlanması:
Fıstıq əzməsi. yumurta, maye yağ, kakao, darçın və unu qarışdıraraq yoğurun.
Xəmirdən kiçik hissələr götürərək soba listinə düzün.
Xəmirlərin üzərinə barmağınızla basdıraraq çuxurlar yaradın.
Çuxurların içinə mürəbbələr doldurun.
Sobada 120 dərəcə 20 dəqiqə bişirin.
Nuş olsun!