Qadin.NET / Mini albalı keksi

Mini albalı keksi

Mini albalı keksi

Tərkibi:

100 qram kərə yağı

100 qram şəkər

3 ədəd yumurta

1 ədəd limon

200 qram un

2 çay qaşığı qabartma tozu

50 qram badam

300 qram albalı

Duz

Mini albalı keksi

Hazırlanması:

Kərə yağı şəkər ilə yaxşıca qarışdırılır.  Qarışdıranda yumurta və duz əlavə edin. Limonu sürtgəcdən keçirib yumurta və duzdan sonra əlavə edin. Sonda isə qabartma tozu əlavə edin.

Badamı tavada bir az qovurun. Sonra sürtgəcin iri gözündən keçirib xəmirə qatın və qarışdırın.

Sobanı 200 dərəcə qızdırın. Albalının tumunu çıxardın. Qaşıqla list kağızının üzərinə qoyun. Üzərinə albalı və yenə xəmir qoyun. Sobada 20 dəqiqə bişirin.

Keksi sobadan çıxartdıb soyudun. Sonra listdən çıxardın. Üzərinə şəkər pudrası səpin.

10 mart 2017
GO BACK