Qadin.NET / Cemli ürək pryanikləri (foto resept)

Cemli ürək pryanikləri (foto resept)

Cemli ürək pryanikləri (foto resept)

Tərkibi:

250 q bal

3/4 st. şəkər tozu

125 q kərə yağı

500 q un

2 yumurta

1.5 ç.q. soda

1/4 st. süd

1 çimdik duz

15 q pryanik üçün ədviyyat*

Qlazur:

125 q şokolad

40-50 ml 38%-li qaymaq 

cem

 Pryaniklər üçün ədviyyat:

50 q darçın

20 q zəncəfil

15 q mixək

15 q hil

10 muskat cevizi

10 ağ istiot

10 q qara istiot (hamısını qarışdırıb şüşə bankaya yığın, qapağını kip bağlayın)

Hazırlanması:

Bal, kərə yağı və şəkər tozunu qızdırın, amma qaynatmayın, sadəcə balla şəkər tozu əriyənədək qarışdırın. 

Blenderin qabına yığıb bir qədər soyumasını gözləyin, yumurta, süd, soda qatıb qarışdırın. 

Unu ələyin, ədviyyatla qarışdırıb əlavə edin. 

Xəmir yoğurun, o bir az yapışqan və duru kimi alınır, əlavə un vurmaq lazım deyil. 

Üzərinə plyonka çəkib soyuducuda 1 gecə saxlayın (bu xəmiri soyuducuda 5 həftə də saxlaya bilərsiniz). 

Xəmiri 3-4 mm qalınlıqda yayın. Dairələr kəsin

Birinin üzərinə cem qoyun.

Digərini üzərinə örtün. Ürək formasında olan bıçaqla kəsin.

Xəmir artıqlarını kündələyib yayın, yeni pryaniklər düzəldin. 

Qaşığın qırağıyla xəmirin kənarlarından basıb bitişdirin ki, iç axmasın (həm də bu zaman görüntüsü də gözəl alınır).

Perqament döşənmiş siniyə yığıb 180 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin. 




Qlazur:

Qaymağı qızdırın, xırdalanmış şokoladın üstünə tökün, eynicinsli kütlə alınanadək qarışdırın. 

Pryaniklərin bir üzünü qlazura batırın. 

Cemli ürək pryanikləri (foto resept)

Cemli ürək pryanikləri (foto resept)

Nuş olsun! 

3 yanvar 2017
GO BACK