Tərkibi:
1 paket "Best Cow" kərə yağı
1 stəkan şəkər kirşanı
1 stəkan kişmiş
Yarım stəkan qoz və ya fındıq
2 dənə yumurta
2 qaşıq duru yağ
1 paket qabartma tozu
4 stəkandan bir az çox un
Hazırlanması:
1 paket yağı otaq istiliyində gözlədib, xəmiri yoğuracağımız qaba qoyuruq (yağ yumşaq deyilsə, yüngül əridin).
1 stəkan kişmişini, yarım stəkan qozu, 1 stəkan şəkər kirşanı, 2 qaşıq maye yağını, 2 dənə yumurtanı qırıb əlimizlə yaxşıca əzərək qarışdırırıq.
4 stəkan unumuzu yavaş-yavaş əlavə edirik. Unumuzla qabartma tozumuzu da əlavə edirik.
Ümumiyyətlə, 4 yarım stəkan un gedir.
Yoğurarkən bir yerə toplanması lazımdır, xəmir çox yumşaq olmamalıdır. Yağın kağızıyla nimçəmizi yağlıyırıq.
Xəmirimizdən qoz böyüklüyündə parçalar qoparıb düzəltmədən nimçəyə sadalayırıq.
Üzümlərini çox xaricində buraxmayın tez yanarlar. 175 dərəcədə isidilmiş sobamızda bişiririk.
Bu cür yağlı peçenyelər soba istiləşmədən qoyulsa yayılır buna diqqət edirik.
Tez bişir. Vaxtını dəqiq bilmirik, bir az üzəri qızardısa bişmiş olur.
Yaxşıca soyuyanda nimçədən alıb üzərinə şəkər kirşanı sərpirik. Çox bilinən asan bir peçenyedir.
Nuş olsun!
P.S. Fındıqlısı da gözəl olur. Fındıqlı edəcəksinizsə, fındıqları bıçaqla ortadan bölüb tavada qovurmalısız.