Qadin.NET / "Zülmət meşə" peçenyesi(foto resept)

"Zülmət meşə" peçenyesi(foto resept)

Tərkibi:

200 q un

50 q şəkər tozu

2 y.q kakao

2 ədəd yumurta

160 q şokolad (50 %-lik)

3 y.q qəhvə siropu

1 ç.q qabartma tozu

85 q "Best Cow" kərə yağı

50 q damla şokolad və ya xırdalanmış şokolad

50 q quru vişnə (istənilən quru meyvə olar)

Hazırlanması: 

"Zülmət meşə" peçenyesi(foto resept)

Şokolad və yağı su hamamında əridin. Onlar əridikdən sonra qarışdırın.

"Zülmət meşə" peçenyesi(foto resept)

Sonra isə üzərinə şəkər tozu və qəhvə siropu əlavə edib qarışdırın.

"Zülmət meşə" peçenyesi(foto resept)

Bundan sonra qarışımı ocaqdan götürün və üzərinə yumurta əlavə edib qarışdırın. 

"Zülmət meşə" peçenyesi(foto resept)

Ayrı bir qabda quru qarışımı hazırlayın. Bunun üçün unun üzərinə duz, qabartma tozu və kakaonu əlavə edib qarışdırın. Unlu qarışımı şokoladlı qarışımın üzərinə əlavə edib qarışdırın. 

"Zülmət meşə" peçenyesi(foto resept)

Hazır olmuş qarışımın üzərinə damla və ya xırdalanmış şokoladı və istənilən quru meyvəni əlavə edib qarışdırın. 

"Zülmət meşə" peçenyesi(foto resept)

Hazır xəmiri 30 dəqiqə soyuducuda saxlayın. 

"Zülmət meşə" peçenyesi(foto resept)

Sonra isə yağlanmış listə istənilən formalarda yerləşdirin. 

"Zülmət meşə" peçenyesi(foto resept)

Peçenye əvvəlcədən isidilmiş 1800 C-li sobada 10-15 dəqiqəyə hazır olur.  

"Zülmət meşə" peçenyesi(foto resept)

Nuş olsun!

(Tərcümə edilib)

4 mart 2016
GO BACK