Qadin.NET / Portoğallı peçenye (foto resept)

Portoğallı peçenye (foto resept)

Tərkibi:

3 x. q. xama

3 x. q. duru yağ

50 q. "Best Cow" kərə yağı

225 q. şəkər tozu

1 ədəd yumurta

1 ç. q. qabartma tozu 

1 ədəd portağal

1 x. q. nişasta

250 q. ələnmiş un

   Hazırlanması:

Portoğallı peçenye (foto resept)

Əvvəlcə 1 ədəd yumurta yaxşıca çalınır.

Sonra 5 x. q. şəkər tozu əlavə edib, yaxşıca çalırıq.

Sonra duru yağ və kərə yağı əlavə edirik.

Xama  əlavə edib çalırıq.   

Portoğallı peçenye (foto resept)

Sonra qabartma tozu  və unu qarışdırıb çalınmış yağa əlavə edirik. 

  Portoğallı peçenye (foto resept)

Yumşaq xəmir hazırlanır.

  Portoğallı peçenye (foto resept)

 Hazır xəmir 4  hissəyə ayrılır.

Və üzərinə qida sellofanı çəkib 1 saat soyuducuya yerləşdiririk.

  Portoğallı peçenye (foto resept)

 İndi isə portağalı yuyun, üzünü qurulayın, dilimlərə ayırın və qabığı ilə birlikdə ət maşınından keçirin.

  Portoğallı peçenye (foto resept)

 Bu çəkilmiş portağalın üzərinə 100 q. şəkər tozu və nişasta əlavə edib tavada od üzərində  2- 3  dəqiqə bişiririk. 

Bir az bərkiyəndə altını söndürün ki, soyusun.

  Portoğallı peçenye (foto resept)

 Və indi soyuq xəmirdən təxminən 0.5 sm qalınlığında yayırıq.

  Soyumuş portağaldan, yayılmış  xəmirin üzərinə çəkirik, hamarlayırıq.

  Portoğallı peçenye (foto resept)

 Rulet formasında bükürük. Və eyni ölçüdə,  yəni 3- 4 sm qalınlığında iti bıçaqla kəsirik.

Qalan xəmiri isə eyni qayda ilə açıb üzərinə portağalı çəkib bükürük.

  Portoğallı peçenye (foto resept)

Kəsilmiş xəmirləri listə yağlı kağız sərib, üzərinə yığırıq. 180 dərəcədə 15-20 dəqiqə sobada bişirilir.
Hazır peçenyelər soyudulur və üzərinə şəkər kirşanı səpilir.

Portoğallı peçenye (foto resept)

 Peçenyelərimiz hazırdır.

 Portoğallı peçenye (foto resept)

Nuş olsun!

                                                                                                                     (Tərcümə edilib)

5 mart 2015
GO BACK