Qadin.NET / Kəsmikli-şokoladlı peçenye (foto resept)

Kəsmikli-şokoladlı peçenye (foto resept)

 Xəmir üçün:

250 q "Wellington" kərə yağı

1 st. bitki yağı

1 st. şəkər kirşanı

Yarım paket qabartma tozu

1 paket vanil

4 st. un

İç üçün:

100 q şəkər tozu

100 q kəsmik

3 x.q xama

Üzəri üçün:

400 q südlü şokolad

Hazırlanması: 

Əvvəlcə xəmir üçün bütün ərzaqları qatıb yumşaq xəmir yoğurun.  

Kəsmikli-şokoladlı peçenye (foto resept)

 

Kəsmikli-şokoladlı peçenye (foto resept)

Xəmiri hazırlayandan sonra onu sellofana qabla birgə yaxşıca büküb 2 saatlıq soyuducuya qoyun. 

Kəsmikli-şokoladlı peçenye (foto resept)

Bu zaman iç üçün bütün ərzaqları qatıb çəngəllə qarışdırın. Üzəri üçün isə südlü şokoladı əridib soyudun. Şokoladınız yoxdursa, adi qlazur - kakao tozu, süd və yağla birgə hazırlayıb istifadə etmək olar. 

Kəsmikli-şokoladlı peçenye (foto resept)

Soyuducudan xəmiri çıxardın. Azacıq unla hissə-hissə götürüb açın və stəkanın ağzı ilə peçenyeləri kəsin.

Kəsmikli-şokoladlı peçenye (foto resept)

Sobanı qızdırın. Tavaya un səpib peçenyeləri düzün.

Kəsmikli-şokoladlı peçenye (foto resept)

160 dərəcədə 25 dəqiqə bişirin, qızartmamaq şərti ilə. (Bu xəmirə şəkər tozu əlavə etməklə də sadə və olduqca dadlı, yumşaq peçenye hazırlamaq olar). 

Kəsmikli-şokoladlı peçenye (foto resept)

Bişirdiyiniz peçenyeləri soyudun. Soyuyandan sonra içinə çay qaşığı ilə iç qoyub digərini üzərinə qoyun.

Kəsmikli-şokoladlı peçenye (foto resept)

Şokoladlı məhlula batırıb soyuducuya düzün. 

Kəsmikli-şokoladlı peçenye (foto resept)

1 saat ərzində üzəri soyuducuda tam quruduqdan sonra peçenyelərimiz hazırdır.

Kəsmikli-şokoladlı peçenye (foto resept)
Nuş olsun!
30 may 2014
GO BACK