Qadin.NET / Araxisli peçenye (foto resept)

Araxisli peçenye (foto resept)

Tərkibi:

600 qr un

180 qr marqarin

200 qr şəkər tozu

2 ədəd yumurta

2 x.q. xama

1 x.q. süd

Vanil

1 paket qabartma tozu

200 qr araxis

 

Hazırlanması:

Şəkər tozu yumşaldılmış marqarin yağı ilə qarışdırılır.

 

 

Xama, 1 bütöv yumurta və bir yumurtanın ağı əlavə edilir (sarısı üzü üçün saxlanır) və qarışdırılır.

 


Un və qabartma tozu əlavə edilir.


Xəmir yoğurulur və yarım saat soyuducuda saxlanır.


Saxladığımız yumurta sarısına 1 x.q. süd əlavə edib çalınır.


Xəmir soyuducudan çıxarılaraq 5-7 mm qalınlıqda yayılır.


Xəmir özü xüsusi forma ilə, ortası isə plastik şüşənin qapağı ilə kəsilir.


Araxis yüngülcə qovrulur və blendrdə azacıq xırdalanır. Xəmirin üzərinə südlə qarışdırılmış yumurtanın ağı çəkilir və araxisə batırılır.


Yağlanmış listə bir-birindən aralı olmaqla düzülür. 250 dərəcədə qızdırlımış sobada 15 dəqiqə bişirilir. Peçenyelər 2 dəfə qabarmalı və qızarmalıdır.


Nuş olsun!
Resept tərcümə edilib.
18 aprel 2012
GO BACK