Tərkibi:
2-1/4 fincan un
1 fincan qəhvəyi şəkər tozu
1 böyk yumurta
180 q yağ
1 paket qabartma tozu
1/2 çay qaşığı darçın
1/4 fincan kakao
Pudra şəkər
Vanil
Azərduz yodlu narın xörək duzu
Hazırlanması:
Yağı yumşaldın.Yağ duzsuz olmalıdır.Qaba yerləşdirin və qarışdırın.
Sonra qəhvəyi şəkər tozunu əlavə edin.
Daha sonra bir böyük yumurta artırın.
Vanilin əlavə edin.
Yaxşı-yaxşı qarışdırın.
Ayrı qaba un,duz,qabartma tozu,darçın və kakao tökün.
Qarışığı qarışdırın.
Sonra həmin qarışığı yağ-şəkər tozuna qatın və yenidən qarışdırın.
Daha sonra xəmiri "streç" sellafona bükün və kvadrat şəkilli presləyin.Bir neçə saatlığa soyuducuya qoyun.
Şəkildə gördüyünüz ürək formalı qəliblərlə xəmir kəsiləcək.
Əlinizin altında uyğun bir kardon varsa,şəkildəki kimi hərf çəkin.
Qəlibin ölçüsünə uyğun hərf kəsin.
Daha sonra xəmiri soyuducudan çıxarın və yapışmayan səthə qoyun.5-10 dəqiqə gözləyin ki,xəmir yumşalsın.
Xəmiri nə çox nazik,nə də qalın yayın.Ürək formalı fiqurlar kəsin.Əvvəlcədən 350 dərəcə qızdırılmış sobada bişirin.Listə perqament kağızı sərməyi unutmayın.12 dəqiqə ərzində bişirin.Çox qaraltmayın.Sobadan çıxarın və soyudun.
Kardonu formalı xəmirin üstünə qoyun.
Pudra şəkəri ehtiyatla fiqurun üstünə ələyin.
Maqqaşın köməkliyi ilə ehtiyatla kağızları götürün."Səhv"ləri düzəltməkdən ötrü kiçik şotkadan istifadə edin.
Nuş olsun!