Tərkibi:
300 qram ət (quşbaşı boyda)
500 qram ispanaq
1 ədəd orta boy quru soğan
1 su st qaynadılmış noxud
2-2,5 su st qədər isti su
1 y/q kərə yağı
duz
istiot
1 su st qatıq
1 yumurta sarısı
Hazırlanması:
Quş başı əti qazana qoyun. Üstünə duz və istiot əlavə edərək yağsız qazanda qarışdırın. Qazanın qapağını bağlayın və ət suyunu buraxana qədər bişirin.
Suyunu çəkən ətə kərə yağını əlavə edin. Xırda-xırda doğradığınız soğanı əlavə edin, soğan şəfaflaşana qədər qovurun. Soğanlara əvvəlcədə bişirdiyiniz noxudları əlavə edin və qarışdırın.
Qazana 2 su stəkanında biraz daha çox su əlavə edin və ətlər yumşalana qədər aşağı dəcərədə ağzı bağlı olaraq bişirin.
Ayrı qabda qatıq və yumurtanı çırpın, yeməyin suyundan az-az əlavə edin və ilıqlaşmasını gözləyin.
İsti su ilə açdığınız qarışımı qazana əlavə edin.
Yuyub təmizlədiyiniz ispanaqları qazana əlavə edin. Sapları yumşalana qədər bişirin, qazın üstündən götürmədən 1-2 dəqiqə əvvəl duzunu əlavə edin və isti servis edin.