Tərkibi:
500 qram qoyun əti və ya dana əti
3 ədəd soğan
100 qram quyruq
1 dəstə şüyüd
Sarımsaqlı qatıq sousu
Xəmir üçün:
500 qram un
1 ədəd yumurta
2 stəkan su
Bir çimdik duz,
Hazırlanması:
Gürzə hazırlamaq üçün əti, soğanı və quyruğu ət maşınından keçirib qiymə hazırlayın. Bundan sonra qiyməyə duz və istiot qataraq yağda qızardın. Sonra bərk xəmir yoğrun.
1 mm nazikliyində yayıb stəkanın ağzı ilə dairələr kəsin. Hər dairənin ortasına qiymə qoyub, hər iki tərəfi bir-birinin üstünə gətirilməklə ilanvari bağlayın və bir tərəfindən balaca deşik saxlayın.
Gürzələri ya ət suyuna, ya da duzlu qaynar suya töküb 5-10 dəqiqə bişirin (gürzələr suyun üzərinə çıxana qədər). Hazır gürzələri kəfkirlə sudan çıxarın və nimçəyə yığın . Üstündən sarımsaqlı qatıq, yaxud pomidor qızartması töküb narın doğranmış şüyüd səpin.
Boşqaba bir-iki qaşıq gürzənin bulyonundan da tökmək olar. Gürzələri qızartmaq da olar.
Gürzə isti halda servis edilir.