Qadin.NET / Qovun dolması (foto-resept)

Qovun dolması (foto-resept)

 

Tərkibi:

1 ədəd orta boy qışlıq qovun

 

Qovun sousu üçün:

1 y/q kərə yağı

1 dəstə şüyüd

1 dəstə cəfəri

1 qəhvə fincanı isti su

 

İçlik üçün:

2 ədəd kiçik soğan

1 y/q kərə yağı

1 qəhvə fincanı badam, quş üzümü, fıstıq

450 qram dana qiymə

1 qəhvə fincanı düyü

1 dəstə şüyüd, cəfəri

yarım ç/q duz, istiot

 

Hazırlanması:

Əvvəlcə içliyi hazırlayaraq başlaya bilərsiniz. Düyüləri yuyub, duzlu suda qaynadıb, kənara qoyun.

Bir tavanın içində kərə yağını əridin və soğanlar çəhrayı olana qədə qovurun.

Sonranı qiyməni və qalan ərzaqları əlavə edərək qovurmağa davam edin. 5 dəqiqə ərzində qovurduqdan sonra düyünü qarışıma qatıb, 2-3 dəqiqə çevirin.

Qovun dolması (foto-resept)

Qovunun üst hissələrini çıxardıb içlərinə bir qaşıq köməyi ilə çox incə olmayaq formada boşaldın. 

İçliyi qovunların orta qisminə doldurun. 200 dərəcə sobada 15 dəqiqə bişirin.

Ayrı tavanın içinə kərə yağını qovunların içindən çıxan hissələrlə xəfif qovurun. Cəfəri və istiotu əlavə edin.

Hazırladığınız qovunlu qarışımı dolmaların yanına qoyaraq servis edə bilərsiniz.

Qovun dolması (foto-resept)

 

18 aprel 2019
GO BACK