Qadin.NET / Profiterol (foto resept)

Profiterol (foto resept)

 

Tərkibi:

 

Şokoladlı sous

220 qram bitter şokolad

200 qram krem

 

Krem üçün

500 ml süd

1,5 çay st toz şəkər

3 y/q un

1 ədəd yumurta

1 paket vanil 

 

Xəmiri üçün:

1 su st su

1 su st un

yarım paket marqarin

3 ədəd böyük yumurta

 

Hazırlanması:

İlk əvvəl hazırlamağa kremlə başlaya bilərsiniz. Dərin qazana süd və şəkəri əlavə edib qarışdırın. Sonra un və yumurtanı əlavə edərək qatılaşana qədər qatışdırın.

Vanili əlavə etdikdən sonra qazın üstündən götürün. 1 saat qədər soyuducuda saxlayın.

Xəmiri hazırlamaq üçün su ilə marqarini dərin qazanın içinə qoyub qaynadın. Qaynayan yağlı suyun içinə unu əlavə edərək 5 dəqiqə qovurun. Sonra qazın üstündən götürüb qıraqda saxlayın. Sonra içinə yumurta əlavə edərək yaxşıca yoğurun. 15 dəqiqə yenidən gözləyin. 

Profiterol (foto resept)

Gözlətdiyiniz xəmirdən 1 çay qaşığı götürüb bişirmə kağızı sərili soba listinə arada boşluq olacaq formada tökün.

180 dərəcədə 40 dəqiqə bişirin. Sonra alt hissələrində bıçaq kömək dəlik açın.

İçini kremlə doldurun, servis qabına düzün.

Profiterol (foto resept)

Qazanda şokolad sousunu da hazırladıqdan sonra üstündə gəzdirin.

İlıq hala gələn şirniyyatı fıstıq tozu səpərək servis edə bilərsiniz.

Profiterol (foto resept)

 

13 mart 2019
GO BACK