Qadin.NET / Hindistan qozlu şirniyyat (foto resept)

Hindistan qozlu şirniyyat (foto resept)

 

Tərkibi:

4 ədəd yumurta ağı

1 su st  pudra şəkəri

1,5 su st sürtgəcdən keçirilmiş hindistan qozu

 

Hindistan qozlu şirniyyat (foto resept)



 

Hazırlanması:

Yumurta ağını dərin qarışdırma qabının içinə qoyub çırpın və içinə pudra şəkərini az-az əlavə edərək qarışdırın.

Sonra içinə sürtgəcdən keçirilmiş hindistan qozlarını qatıb tünd rəng alan qədər qarışdırın.

 

Hindistan qozlu şirniyyat (foto resept)



 

Tavanı qazın üstündə qızıdırın. Qarışımı tavaya əlavə edib 5 dəqiqə bişirin.

Yumurta ağı bişdikdə qazın üstündən götürüb soyumasını gözləyin.

 

Hindistan qozlu şirniyyat (foto resept)



 

Soyuyan qarışımdan kiçik hissələr qoparıb, ovucunuzda yumru forma veri. Yağlı kağız sərili soba listinə aralı yerləşdirin.

180 dərəcədə 25 dəqiqə bişirin. 

Nuş olsun!

 

1 fevral 2019
GO BACK