Tərkibi:
1+1/2 qara pletka şokolad ( kakao faizi 75%)
1 ç/q vanil
3 ç/q portağal qabığı (sürtgəcdən keçirilmiş)
5 y/q kərə yağı və ya Hindistan qozu yağı
3 y/q un
1 y/q nişasta
1 su st keçi südü və Hindistan qozu südü
2 ədəd yumurta sarısı
4 ədəd yumurta ağı
1/4 su st Hindistan qozu şəkəri
4 damla limon suyu
Qəlib qablarını yağlamaq üçün kərə yağı
Bəzəmək üçün Hindistan qozu şəkəri
Ərimiş ağ şokolad üstü üçün
Hazırlanması:
Sobanı 180 dərəcədə isidin.
Sufle kasalarına kərə yağı çəkin.
Daha sonea Hindistan qozu şəkərini səpin və qabları bir kənara qoyun.
Şokoladları ocaqda benmari üsulu əridin və içinə vanil və portağal qabığını əlavə edin
Kiçik bir qazanda, kərə yağını və ya Hindistan qozu yağını əridin. Nişasta və un da əlavə edib 1 dəqiqə çırpın
Daha sonra Hindistan qozu südünü də əlavə edin, sous halına düşənə qədər çırpın.
Şokoladlı qarışımı da unlu sousun içinə əlavə edin.
Yaxşıca qarışdırın.
Unlar görünməz olduqda, yumurta sarısı da əlavə edin.
Sufleləri, sobada 20-25 dəqiqə bişirin.
Üstlərinə Hindistan qozu şəkəri və ya pudra şəkəri səpin
İstəsəniz, biraz da əridilmiş ağ şokoladla bəzəyə bilərsiniz.
Nuş olsun!