Qovun kəsilir.
Tumları təmizlənir.
Qabığı soyulub, xırda-xırda doğranır.
Doğranmış iç əzici vasitəsilə əzilir ya da ətçəkən maşından keçirilir. Mən maşından keçirdim.
Alınmış sulu içlik, süzgəcdən və ya tənzifdən süzülür. Süzülmüş saf şirə, ara-bir qarışdırılaraq vam odda bişirilir.
Hazır olduğunu yoxlamaq üçün, nəlbəkiyə bir qaşıq qoyub, baxırıq əgər qatılaşmış şirə tez yayılmırsa, deməkki bəhməz artıq hazırdır.
P.S. Yaxşı olar ki, bəhməz üçün bir az yumşaq qovun seçilsin, əgər qovunun içi bərkdirsə və şirəni çıxartmaq olmursa, onda iç xırda-xırda doğranır, üstünə azca su tökülüb odun üstünə qoyulur və 50-60 dəqiqə bişirilir. Sonra sıxılıb şirə çıxarılır, süzülür və bişirilir.
Resept bir sayt izləyicisinin xahişi ılə hazırlanmışdır.