Yay fəslində olan bütün meyvələr insan orqanizmi üçün çox faydalıdır. Bacardığımız qədər bundan istifadə edib bol-bol bu meyvə və tərəvəzlərdən yeməli və orqanizmimizi bu vitaminlərlə zənginləşdirməliyik. Lakin müasir texnologiya bizə artıq bu meyvələrdən qışda da istifadə etməyə imkan yaradır. Bu gün sizlərə yay meyvələrinin soyuducuda saxlama qaydalarından danışmaq istəyirəm.
Çiyələk: Çiyələyi bütöv saxlamaq məsləhət deyil. Bu zaman çiyələk sulu və dadsız olur. Lakin çiyələyi blenderdən keçirib çox az miqdarda şəkər tozu əlavə keçirib kiçik plastik butulkalara əlavə edib soyuducuya yerləşdiririk. Bu zaman çiyələk nə vitamini, nə də dadını itirmir. Bişirəcəyiniz çizkeklərdə, piroqlarda, dondurmalarda rahatlıqla istifadə edə bilərsiniz.
Qaragilə: Bu giləmeyvəni isə əksinə bütöv saxlamaq daha məsləhətlidir. İlk öncə qaragiləni yuyuruq. Salfetlərin üzərinə düzüb quruduruq. Plastik qablara yığb soyuducuya yerləşdiririk. Qışda çaya əlavə edib içə bilərik. Çaya həm xş ətir, həm də gözəl dad verir.
Qara qarağat: Bu giləmeyvə B1, B2, B12 D, E vitaminləri ilə zəngindir. Bu giləmeyvəni də qara gilə kimi yuyub quruduruq. Açıq halda soyuducuya yerləşdiririk. 2-3 saatdan sonra plastik qablara yığb yenidən soyuducuya yerləşdiririk. Qara qarağatı blenderdən də keçirə bilərsiniz. Bu zaman üzərinə şəkər tozu əlavə edib qarışdırmaq lazımdır.
Qırmızı qarağat: Bu giləmeyvə də bütöv dondurulur. Bütün vitaminləri qoruyub saxlayır. Qışda soyuqdəymə zamanı çay kimi dəmləyib içdikdə çox gözəl təsiri olur.
Bişirəcəyimiz piroqlara və yeməklərə bəzək kimi də istifadə edə bilərik qırmızı qarağatı.
Malina: Bu giləmeyvəni müxtəlif üsullarla saxlaya bilərik. Bu onu necə istifadə edəcəyimizdən asılıdır. əgər kompot hazırlayacaqsınızsa bütöv saxlamaq məsləhətdir. əgər dondurma, və müxtəlif desertlədə istifadə edəcəksinizsə blenderdən keçirib üzərinə az miqdarda şəkər tozu əlavə edib kiçik butulkalarda saxlamaq daha məsləhətlidir. Hər iki halda o öz vitaminlərini qoruyub saxlayır.
Böyürtkən: Əvvəlcə yuyub quruduruq. Sonra plastik qablara yığıb soyuducuya yerləşdiririk. Kompota və çaya gözəl ətir və dad bəxş edir.
Meyvələr kimi tərəvəzləri də qış üçün soyuducuda dondurub saxlaya bilərik.
Bibər: Bibəri yuyub quruduruq. Tumunu çıxarırıq. yaxşı-yaxşı qurumasını gözləyirik. Sonra iç-içə yığıb plastik qablara yığırıq. Qışda bibər dolması, və başqa yeməkləri bişirmək üçün istifadə edə bilərik. Lakin dondurulmuş bibəri istifadə etməzdən əvvəl 2-3 dəqiqə qaynayan suda saxlamaq lazımdır.
Pomidor: Pomidoru saxlamaq üçün ilk öncə qabığın soyub blenderdən keçiririk. Kiçik butulkalara yığırıq. Bu zaman pomidor həm dadını, həm də vitaminlərini qoruyub saxlayır.
Gül kələm: Gül kələm dondurulmazdan əvvəl yuylur, qurudulur. 30 dəqiqə duzlu suda saxlayırıq. Sonra çıxarıb salfetlərin üzərinə düzürük. quruduqdan sonra selofon kloklara yığıb dondurucuya yerləşdiririk.
Göbələk: Göbələyi dondurmazdan əvvəl 20- dəqiqə qaynadırıq. soyuduqdan sonra selofon kloklara yığıb dondurucuya yerləşdiririk.