Qadin.NET / Ətli göbələk(foto resept)

Ətli göbələk(foto resept)

 

Ətli göbələk(foto resept)


Tərkibi:

Dana əti: 1 kq

Göbələk-300-400 q

Soğan-1 ədəd

Kök-1 ədəd

Sarımsaq- 3 diş

Dəfnə yarpağı- 2 ədəd

Bulyon- 2 stəkan

Duz-istiot və zövqə görə ədviyyat

Hazırlanması:

Ətli göbələk(foto resept)

Göbələyi təmizlyib şəkildə gördüyünüz kimi doğrayırıq. Kökü nazik-nazik doğrayırıq.

Ətli göbələk(foto resept)

Soğanı və sarmsağı xırda-xırda doğramaq lazımdır.

Ətli göbələk(foto resept)

Əti şəkildə gördüyünüz kimi xırda-xırda doğrayırıq. Sonra tavaya bitki yağı əlavə edib yüksək odda əti qızarana kimi qovurmaq lazımdır. Yüksək odda qızartmağımızın səəbəbi ət bişməməlidir, qızarmalıdır.

Ətli göbələk(foto resept)
Ətli göbələk(foto resept)

Sonra soğanı və sarımsağın yarısını əlavə edib eyni ilə yüksək odda qovurmağa davam edirik.

Ətli göbələk(foto resept)

İndi isə göbələyi əlavə edib qovurmağa davam edirik.

Ətli göbələk(foto resept)

Dəfnə yarpağını və bulyonu da əlavə edirik. Bulyon dana əti və ya toyuq bulyonu ola bilər.

Qapağını bağlayıb 30 dəqiqə zəyif odda bişiririk.

Ətli göbələk(foto resept)

Sonra kökü və qalan sarımsağı əlavə edirik. Bu zaman zövqə görə ədviyyatları da əlavə edə bilərsiniz. Və 30 dəqiqə daha bişiririk.

Ətli göbələk(foto resept)

Çox dadlı və ətirli bir təam alınır.

Ətli göbələk(foto resept)

Nuş olsun!

24 aprel 2016
GO BACK