Hər bir azərbaycanlının evində müxtəlif ədviyyatlara rast gəlmək olar. Ədviyyatlar bizə yeməklərimizin gözəl və ləziz olması üçün vacibdir. Ədviyyatlar bişirdiyimiz təamlara xoş ətir, gözəl dad bəxş etməklə yanaşı orqanizmimiz üçün də çox faydalıdır. Lakin biz hansı ədviyyatı harda və necə işlədəcəyimiz,i bilirikmi? Məsələn: hansı ətlə hansı ədviyyat işlənməlidir. Hansı yeməkdə hansı ədviyyat daha xeyirli və dadlı olar? Bunun üçün kiçik bir araşdırma apardım və öyrəndiklərimi sizinlə də paylaşmaq istədim.
Ət üçün: Qırmızı, qara, ətirli istiot və ya qərənfil, mərzə, kəklikotu, zirə, soğan. Bu ədviyyatlar ət yeməkləri üçün daha münasibdir.
Quş üçün: Kəklikotu, adaçayı, rozmarin, mərzə, reyhan. Bu ədviyyatlar bütün növ quş ətlri üçün münasibdir. Toyuq, qaz, ördək və s.
Balıq üçün: Dəfnə yarpağı, ağ istiot, zəncəfil,Ətirli istiot, soğan, keşniş, istiot çili, Xardal, noxud, kəklikotu. Bunlar isə balıq üçün daha uyğundur.
Qril üçün: Qırmızı istiot, ətirli istiot, hill, kəklikotu, mərzə, muskat və muskat rəngi, zəncəfil, zirə, çili bibəri. Qril hazırlayarkən bu ədviyatlardan istifadə etsəniz həmdadı, həm də rəngi çox gözəl olar.
Raqu üçün: Qırmızı istiot, zəncəfil, sarıkök, keşniş, xardal, hill, zirə, qara istiot, ətirli istiot, mixək, muskat. Bu ədviyataların faydaları haqda isə saytımızda başqa xəbərlərdə artıq öyrənmisiniz.
Kələm üçün: Keşnişi, razyana, cirə, xardal toxumu. Bunlar kələm trşusu və salatları üçün uyğundur.
Kartof üçün: Keşniş, sarı kök, qara istiot. Kartof qızarmasını bizlər çox sevirik. Əsasən də uşaqlar daha çox xoşlayır.
Paxlalı bitkilər üçün: Cirə, istiot, zəncəfil, nanə - lavanda və keşniş.
Turşu üçün: Dəfnə yarpağı, ardıc giləmeyvə və turşuları hazırlanmasında əlavə edirlər.
Meyvə şirələri üçün: Darçın, mixək, zəncəfil, hil, çin razyanası. Artıq yay mövsümüdür. Bu o deməkdir ki, xanımlar artıq müxtəlif mürəbbə və kompotlar qış üçün hazırlamağa başlayıblar.
Paştetlər üçün: Ağ istiot, darçın, zəncəfil, Çin razyanası, zəncəfil, mixək, darçın, dəfnə yarpağı, hil.
Piroq və biskivitlər üçün: Mixək, darçın, zəncəfil, çin razyanası,hil, portağal, portağal qabığı,anis, küncüt, mak, vanil
Beləcə bu gün də ədviyyatlarımızın hansı qida növləri ilə daha yaxşı uyğunluq təşkil etdiyini öyrəndik.