Azərduz yodlu narın xörək duzu
Azərbaycanda,xüsusən kənd ailələrindəki şirniyyatların bir də fəsəlidir.
Fəsəli belə bişirilir:ailə üzvlərinin sayına görə 0,8-1 kq ələnmiş un götürülür.Orta bərklikdə xəmir yoğrulr.Həmin xəmirdən 70-80 qramlıq kündələr tutulub,0,7-0,8 mm qalınlıqda yuxa yayılır.Yuxanın bir üzü yağlanır.Sonra yağlı tərəfi içəri olmaqla lülələnir.Bu xəmirin bir ucundan tutub,içəriyə doğru möhkəm bükürlər.Alınmış bu yağlı xəmiri əl ilə hövkələdikdən sonra,oxlovla diametri 15-16 sm ölçüdə yayırlar.
Sonra oxlovla deşdəkləyib içində yağ qaynayan tavaya salır,hər iki tərəfini qızardırlar.
Qızarıb bişmiş fəsəlini böyüklüyündən asılı olaraq,bir düz qaba qoyub,üstünə isti-isti şəkər və sumaq səpərək üst-üstə yığırlar.Fəsəli həm isti,həm də soyuq yeyilir.İstəyə görə çay,qəhvə və kakao ilə də yemək olar.Hazırlanmış çiy fəsəlini sacda yağsız da bişirmək olar.Ancaq yağda bişirilən fəsəli daha tamlı olur.
Əla növ buğda unu - 780q,
Maya - 20q, şəkər tozu - 55q,
Quyruq yağı - 110q, (və ya quyruq cızdağı).
Ədviyyat - keşniş toxumu, hil, darçın, zəncəfil, hər birindən - 2-3q, Azərduz yodlu narın xörək duzu - 5q.
Una maya, su və duz qatılıb xəmir yoğrulur. Xəmir 1,5-2 saat saxlanılr və 100 qramlıq kündələrə kəsilib 0,5 mm qalınlığında yayılır. xəmirin üzərinə əvvəlcədən narın döyülmüş, ədviyyat qatılmış yağ sürtülür və 5-6 qat bir-birinin üstünə salınaraq düzbucaqlı formasında kəsilməklə rulet burulur. Həmin rulet vertikal istiqamətdə yastılanaraq diametri 10-12 sm, qalınlığı isə 1,5-2,0 sm girdə kökəcik şəklinə salınır. Fəsəli hər iki tərəfdən tavada bişirilir. Süfrəyə verdikdə üstünə şəkər kirşanı səpilir və ya yanına ayrıca bal qoyulur.
Nuş olsun!