Lazım olan ərzaqlar:
İçi üçün:
4 ədəd yaşıl alma
200 qram kişmiş
200 qram qoz ləpəsi
1 çay qaşığı darçın
50 qram kərə yağı
2 xörək qaşığı nişasta
2 xörək qaşığı şəkər tozu
Xəmiri
Qat-qat xəmir
İlk olaraq yaşıl almanın qabığını soyub kubik formasında kəsirik .Tavaya yağı əlavə edirik və almaları tavda 5 dəqiqə qızardırıq ,üzərinə darçını ,kraxmalı, şəkər tozunu , kişmişi əlavə edirik və tavada bunlar bişirilir. Kişmiş yumşaq hala gəlincəyə qədər bişiririk və qoyuruq soyumağa
Satışda hazır salafanlarda qat-qat xəmiri var ( mayasız xəmir) onu yayırıq
sonra içliyi xəmirin ortasına əlavə edirik və şəkildəki formada bükürük
Sonra üzərinə yumurta sarısını çəkirik və dxovkada 220 dərəcədə bişiririk
Ştrudimiz hazırdır.
Xanımlar bu xəmirdən perojna da hazırlamaq olur mən bu xəmirdən perojna da hazırladım
Xəmiri yayırıq və onu dörd hissəyə bölüb iki tərəfli bükürük və qoyuruq bişməyə.Bişdikdən sonra soyumağa qoyuruq .Arasına krem sürtürük bunu istəyə uyğun olaraq şokaladla və ya mürəbbə suyu ilə də etmək olar.Soyuducuda 5 dəqiqə saxladıqdan sonra servis edə bilərsiniz.
Nuş olsun!