Qadin.NET / Evdə pendir hazırlanması qaydası (foto resept)

Evdə pendir hazırlanması qaydası (foto resept)

Tərkibi:

 1 l süd

1 kq kəsmik

1 ədəd yumurta,  yaxud 2 yumurtanın ağı

100-130 q "Wellington" kərə yağı

Duz və soda (çay qaşığının ucunda)

1 metr təmiz marli

 Hazırlanması:

Əvvəlcə marlini soyuq suda isladıb yaxşıca sıxırıq, dərin qazanın içinə 2 qat edib səririk. 

Evdə pendir hazırlanması qaydası (foto resept)

Südü qaynadırıq, qaynadandan sonra içinə kəsmiyi töküb 8-10 dəqiqə dayanmadan qarışdırırıq. Qarışdırmağa ara verməyin, məhlul çürüyəcək. 

Evdə pendir hazırlanması qaydası (foto resept)

Sonra həmin məhlulu isti-isti marlinin üzərinə tökürük, ağzını bükürük. Bizə rahat bir yerdə asırıq ki, suyu tam süzülsün.  

Evdə pendir hazırlanması qaydası (foto resept)

 

Evdə pendir hazırlanması qaydası (foto resept)

20-30 dəqiqə sonra suyu tam süzüləcək. 

Evdə pendir hazırlanması qaydası (foto resept)

Yağı, yumurtanı, duzu, sodanı mikserlə çalıb üzərinə süzdüyümüz kəsmiyi tökürük. Yaxşıca qarışdırırıq ki, ərzaqlar həll olunsun.

Evdə pendir hazırlanması qaydası (foto resept)

 

Evdə pendir hazırlanması qaydası (foto resept)

Şəkildə gördüyünüz forma alınmalıdır. 

Evdə pendir hazırlanması qaydası (foto resept)

Su hamamı hazırlayırıq, qarışığı boş qaba qoyub su hamamına qoyuruq. 5-6 dəqiqə qaşıqla qarışdırırıq. Yağı əriməyə başlayanda su hamamından götürürük. Yağın tam əriyib axmasına imkan verməyin. 

Evdə pendir hazırlanması qaydası (foto resept)

Boşqabı azca yağlayıb məhlulu ona yayırıq və 2 saat bərkiməsi üçün soyuducuya qoyuruq. 

Evdə pendir hazırlanması qaydası (foto resept)

 

Evdə pendir hazırlanması qaydası (foto resept)

 

Evdə pendir hazırlanması qaydası (foto resept)

Hazırlanması sadə, dadı unudulmaz ev pendirimiz hazırdır. 

Evdə pendir hazırlanması qaydası (foto resept)

Nuş olsun!

Qeyd: Pendirin ağ olmasını istəyənlər 2 yumurta ağı və 80 q yağ, sarı olmasını istəyənlər mənim kimi 1 yumurta və 100 q yağ vursunlar.

1 iyun 2014
GO BACK