Qadin.NET / Nanəli kekslər (foto resept)

Nanəli kekslər (foto resept)

Tərkibi:

"Wellington kərə yağı" - 100 qram

Şəkər tozu - 80 qram

Nanə - 25 qram

Yumurta - 2 ədəd

Qabartma tozu - 1 çay qaşığı

"Rafaello" konfeti - 6 ədəd

Un - 100 qram

Keks qablarını yağlamaq üçün duru yağ

Hazırlanması:

Nanələri yumaq və dəsmalın üzərində qurutmaq lazımdır.

Nanəli kekslər (foto resept)

Blenderdən şəkər tozu və nanələri keçiririk  ki, bir-birlərinə qarışsın.

Nanəli kekslər (foto resept)

Başqa bir qabda kərə yağı ilə bu qarışımı qarışdırırıq.

Nanəli kekslər (foto resept)

Üzərinə yumurta əlavə edib yaxşıca qarışdırırıq.

Nanəli kekslər (foto resept)

Daha sonra isə qabartma tozu və unu üzərinə töküb, xəmiri yaxşı qarışdırırıq.

Nanəli kekslər (foto resept)

Keks qablarını duru yağla yağlayırıq, bir xörək qaşığı xəmirdən töküb, içinə Rafaello konfetindən qoyuruq azca basırıq xəmirin içinə.

Nanəli kekslər (foto resept)

Konfetin üzərindən yenə 1 xörək qaşığı xəmirdən töküb 170 dərəcədə 25 dəqiqəyə bişiririk. Bişən müddətdə sobanına ağzını açmaq olmaz. 25 dəqiqədən sonra hazır olanda sobanı keçiririk, ancaq soyuyanadək sobadan çıxarmırıq.

Nanəli kekslər (foto resept)

Hazır keksləri qablarından çıxarırıq.

Nanəli kekslər (foto resept)

Boşqaba qoyub, zövqə görə bəzəyə bilərsiniz.

Nanəli kekslər (foto resept)

Kekslərimiz yumşaq, sərinlədici nanə və kokoslu konfetlərimizlə çox gözəl alınır. Kəsdiyimizdə isə mənzərə göz oxşayandır.

Nanəli kekslər (foto resept)
Çayla nuş edə bilərsiniz.
Nanəli kekslər (foto resept)

Nuş olsun.

 

(Tərcümə olunub)

12 aprel 2014
GO BACK