Xəmir üçün:
1 ədəd yumurta
2/3 st.su
1/2 ç.q. Azərduz yodlu narın xörək duzu
1 ç.q. "Bizim Süfrə" klassik mayonezi
Un (xəmir elastik olacaq qədər)
İç üçün:
Kartof
Kərə yağı
Baş soğan
Azərduz yodlu narın xörək duzu
Ədviyyat
Rəng üçün:
"Bizim Tarla""Bizim Tarla" tomat pastası və ya ketçup
Yağlamaq üçün kərə yağı
Elastik bir xəmir yoğrularaq,kündələrə ayrılıb,bir kənara qoyulur.
Kartof qaynadılır və püre halında əzilir.
Xırda doğranmış baş soğan qızılı rəng alıncaya qədər qovrulur.Sonra ona püre,duz,kərə yağı,ədviyyat qatılır və soyuması üçün kənara qoyulur.
Xəmir kündələr düzbucaqlı formasında yayılır.
Sonra içi açılmış xəmirin ortasına kənarlara çıxmaması şərtilə qoyulur.
Xəmir bir tərəfindən digər tərəfi üzərinə gətirilir və əllər suya batırılıb hər iki tərəf uclar açıq qalmaqla yapışdırılır.İçində hava qalmazsa daha yaxşı olar.
Sonra xəmir rulet şəklində bükülür,elə bükmək lazımdır ki,qızılgül forması alınsın.Büküldükdən sonra "gülün ləçəkləri" kənara doğru açılmalı.
"Qızılgüllər" buxar qazanında(mantı qazanı) quru düşbərə kimi 45-60 dəqiqə bişirilir.Ara-sıra kərə yağı ilə "gülün" üstü yağlanır ki,qurumasın.
Sonda "Bizim Tarla" tomat pastası və ya ketçupu azca su ilə qarışdırılır və rəng vermək üçün isti-isti "güllər"in üzərinə tökülür.