Lazım olan ərzaqlar:
1 litr süd
400 qram un
2 yumurta
50 ml "Wellington" əridilmiş kərə yağı
0.5 çay qaşığı soda
1 çay qaşığı duz
150 qr pendir
200 qr xama
Sumax (zövqə görə)
200 qr göy (keşniş, şüyüd, reyhan, göy soğan, cəfəri)
Üzərinə çəkmək üçün:
100 qr "Wellington" kərə yağı
Hazırlanması:
Əvvəlcə yumurta ilə duzu çalırıq.
Sonra az-az unu və südü (südün bir hissəsi) əlavə edib qarışdırırıq.
"Düyünlər" olmasın deyə südün qalanını da əlavə edirik.
Blinçikin xəmirini hazır etdikdən sonra 1 saat onu isti yerə qoyuruq ki gəlsin.
Xəmir gəldikdən sonra bura çox xırda doğranmış göyərtini və yağı əlavə edirik.
İstəyə görə adi duzlu və ya holland pendiri sürtgəcdən keçirib xəmirə əlavə edirik.
Əvvəlcə xəmirə göyərtini, sonra pendiri əlavə edib qarışdırırıq.
Mən əvvəlcə pendiri əlavə etməmiş 2-3 göyərtili blinçik bişirdim, sonra pendiri əlavə etdim (çünki evdə pendir xoşlamayanlar var )
Hazır xəmiri tavada bişiririk blinçik bişirdiyimiz kimi.
Düzdür, bu xəmir bir az qatı olanda elə də yaxşı yayılmır, amma qaşıqla edə bilərsiniz.
Bişirdiyimiz blinçikləri yağlayıb üst-üstə yığırıq.
Buyurun, göyərtili blinçiklərimiz hazırdır. Süfrəyə verəndə sumax və xama da əlavə edə bilərsiniz
Nuş olsun!