Qadin.NET / Yuxadan hazırlanmış paxlava(foto-resept)

Yuxadan hazırlanmış paxlava(foto-resept)

Tərkibi:

6 ədəd yuxa

İçlik:

1 stəkan çəkilmiş qoz

0,5 stəkan xırda doğranmış kişmiş

0,5 stəkan şəkər tozu


1 stəkan əridilmiş yağ


 Şərbəti üçün:

1 stəkan şəkər tozu

1,5 stəkan su


Üzərinə zövqə görə qoz,kişmiş qoya bilərsiniz.

Mən darçın səpdim.

Əvvəlcə lavaşlarə tək-tək büküb çox incə doğrayırıq.

 Sonra içlik üçün lazım olan ərzaqları bir yerdə qarışdırırıq.

 

Yuxadan hazırlanmış paxlava(foto-resept)

 

Doğradığımız yuxanın bir hissəsin tökürük yağlanmış tavaya.

 

Yuxadan hazırlanmış paxlava(foto-resept)


Onun ustünə içliyi tökürük.

Yuxadan hazırlanmış paxlava(foto-resept)

 

İçliyin üstünə də doğranmış yuxanın qalan hissəsin əlavə edib 1 stəkan əridilmiş yağı da onun üstünə töküb veririk sobaya.15 dəqiqə bişir.(əgər istəsəniz bunu 3-4 qat da eləmək olar)

 

Yuxadan hazırlanmış paxlava(foto-resept)

 

15 dəqiqədən sonra çıxarıb şirəsini əlavə edirik.

 

Yuxadan hazırlanmış paxlava(foto-resept)

 

Yuxadan hazırlanmış paxlava(foto-resept)


Təkrar sobaya qaytarıb 15-20 dəqiqə bişiririk.Altı üstü azca qızarana qədər.Hazır olandan sonra çıxarıb üzərinə darçın səpirik.

 

Yuxadan hazırlanmış paxlava(foto-resept)

 

Yuxadan hazırlanmış paxlava(foto-resept)

 

      Nuş olsun!

22 oktyabr 2012
GO BACK