150 qr kərə yağı(otaq temperaturunda)
75 qr şəkər tozu
60 ml su
2 yumurta sarısı
Su bir qazana alınır,qaynadılır,ocaqdan alınır və içərisinə şəkər tozu tökülür.Sonra təkrar ocağın üzərinə qoyularaq şəkər tozu əriyənə qədər qarışdırılır və sirob halına gəldikdən sonra ocaqdan alınır.Yumurta sarıları mikserlə çırpılır,onun üzərinə sirob yavaş-yavaş əlavə olunaraq qatılaşana qədər çırpılmaya davam edilir.Kütlə qatı,açıq rəng olduqda mikseri dayandıra bilərsiniz.
Başqa bir qabda kərə yağı qarışdırılırvə yumurtalı kütləyə yavaş-yavaş qatılaraqraq çırpılır.Bu qarışıma dad qatacaqlarınız varsa,(vanil,meyvə essensiyası) az miqdarda qatıb yavaşca qarışdırın.Bu qədər...
Kremi istifadə etmədən əvvəl soyuducuda dinləndirin.Tortu bəzəyərkən kremin üzərindən 2 x.q.-dan çox almayın,çünki belədə krem tez əriməyə başlayar və keyfiyyəti yaxşı alınmaz.
Tort üzərində kremdən qızılgül düzəldilməsi üçün nələr lazımdır?
1.Şirniyyat zərfi və ya şpritsi
2.Gül və naxış düzəldilməsi üçün şpritsə taxma alətləri(müxtəlif gözlü olur)
3.Güllərin ləçəklərini düzəltmək üçün xüsusi şirniyyat mismarı
4.Bişirmə kağızı(kiçik kvadrat şəklində kəsilmiş)
Krem
Qida boyaları
Şəkər xəmirindən hazırlanmış gül əsasları(şəkildəki kimi)
Ve başlayırsınız...
Mismarın üzərinə azca krem sürüb kvadrat kəsilmiş bişirmə kağızını ona yapışdırırıq.
Bişirmə kağızının üstünə də şəkər xəmirindən hazırlanmış gül gövdəsini qoyuruq.Şəkildə göstərildiyi kimi kremi sürərkən,mismar saat əqrəbinin əks istiqamətində döndürülür.Beleliklə də,qızılgülün orta hissəsi forması əldə olunur.
Sonra bu qayda ilə kremdən qızılgül ləçəkləri düzəldilməyə davam edilir.
Kremdən qızılgül düzəldilməsi çətin olanlara adi qayda ilə tort bəzəmə üsulu