Şəkər xəmiri yayılır və ondan diametri 3 sm olan dairələr kəsilir.
Sonra hər bir dairə yenə yayılır.
Diş çöpü götürüb şəkər xəmirindən kəsilmiş və yayılmış dairəni ona sarın.
Onun ətrafına digər dairəni sarıyın.
Sonra daha birini.
Ve daha birini.
Sonda qızılgülü bu üsulla əldə etmiş olursunuz.
Bunun üçün nahamar səthi olan vaza,stəkan və ya salat qabı da götürülə bilər.
Vazanın ləçəyə naxış verəcəyimiz hissəsi
Şəkər xəmirindən dairələr kəsilir.
Bu kiçik ləçəkləri yaymaq üçün süngər və keramik qaşıqdan da istifadə etmək olar(ləçəyin daha səliqəli alınması üçün)
Sonra ləçəyi vazanın nahamar səthinə yapışdırırıq.
Üzərindən kiçik süngərlə basdırırıq ( bu kosmetikada istifadə etdiyiniz işlənməmiş pudra süngəri də ola bilər)
Daha sonra ləçəyi çox ehtiyatla vazanın səthindən ayırmaq lazımdır.Qızılgül ləçəyi hazırdır.
Bu yolla digər ləçəklər də hazırlanıb gül formasında yapışdırılır.