Tortların bəzədilməsində müxtəlif üsullardan istifadə olunur.Əvvəllər daha çox kremlə bəzədilmə üsulları geniş yayılmışdı.
Hazırda şəkər xəmiri ilə bəzədilmə üsulları dəb olub.Fikrimcə bütün üsullar maraqlıdır,ancaq şəkər xəmiri ilə bəzəkli güllər və ya istənilən fiquru düzəltmək gerçək fiqurlara daha yaxın olduğu üçün çoxları elə bu üsuldan istifadə etməyi üstün tuturlar.
Şəkər xəmirinin hazırlanması haqqında ayrıca yazımın olduğunu artıq kulinariyasevər xanımlarımız bilirlər.
O resepti bu yazıda təkrar yazmağa ehtiyac olmadığı üçün sadəcə olduğu linki göstərəcəm ordan baxa bilərsiniz...
İndi isə keçək tort bəzəmək üçün gül hazırlanması qaydalarına...
Beləliklə yuxarıda göstərilən ŞƏKƏR XƏMİRİ hazırlanmasının 2 üsuluna əsasən xəmir hazırlanır.
Şəkər xəmiri yayılaraq istənilən diametrdə dairə kəsilir.
Bir bıçaq yardımı ilə dairənin üstündə yüngülcə xətlər çizilir,mərkəzə giəlmədən.
Ortaya doğru xətlərlə çizməyə yenə dabam edirik ,xətlərin mərkəzə gəlməməsi şərtilə.
Və yenə də xətləri çizməkdə davam edirik.
İndi isə ucu bir qədər geniş olan plastik bıçaq götürürük.
Hər bir ləçəyin sonluğunu dairəvi olaraq sola doğru kəsməyə başlayırıq.
Bu şəkildə axıra qədər kəsməni davam etdiririk.
Daha sonra yenə bıçaq yardımı ilə eyni kəsmə işini bu dəfə sağa doğru davam etdiririk.
İndi isə diştəmizləmə çöpünün yardımı ilə ləçəklərinin hər birinin üzərinə bir dəfə basdırırıq.
Əgər ləçəklər enlidirsə çöplə iki yanaşı xətlə də basdırmaq olar.
Bütün ləçəklərin üzərindən çöplə keçirik...
Bizim çobanyastığı çiçəyimiz demək olar ki, hazırdır.
Bir tək çiçəyin orta hissəsini düzəltmək qalır,ona da əllə şəkil verdikdən sonra yenə çöplə bir neçə yerə batırılır.
Və qurumaq üçün bir lövhə və ya sadəcə bir fincan içərisinə qoyulur.
Bir neçə gün sonrakı şəkli...
Video anlatım:
Resept http://www.say7.info/ saytindan tercume olunub.