Qadin.NET / Çay süfrənizi bəzəyəcək ləziz şirniyyat

Çay süfrənizi bəzəyəcək ləziz şirniyyat

Çay süfrənizi bəzəyəcək ləziz şirniyyat
MİDYE TATLISI

Əziz xanımlar, sizlerle internetdən əldə edib hazirladığım turk şirniyyatının resepti ilə paylaşmaq istədim. Buyurub hazırlayın və şərhlərinizi yazmağı unutmayın!

Tərkibi
Xəmir üçün:
3 ədəd yumurta
1 kibrit qutusu qədər yaş maya (mən 1 ½ çay qaşığı quru maya istifadə etdim)
½ çay qaşığı qabartma tozu
1 stəkan ilıq süd
1 stəkan zeytun yağı (olmasa başqa duru yağ)
 Azərduz yodlu narın xörək duzu,
Aldığı qədər un

Üstü və içi üçün:
Bir əridilmiş marqarin
İçinə qoymaq üçün 300 qr iri doğranmış qoz
Şərbəti
5 stəkan şəkər tozu
4 stəkan su
1 xörək qaşığı limon suyu

Hazırlanması:

Xəmir üçün mayanı ilıq süddə əridirsiz. Sonra yumurta, duru yağ, duz, qabartma tozu və aldığı qədər unla xəmir yoğurursuz. Xəmir nə bərk nə də sıyıq olmamalı, bir az yumşaq, ələ yapışmayan bir xəmir olmalıdır. Xəmiri tam 20 kundəyə ayırırsız.
Bu kündələri 5 ədəd üst-üstə olmaqla 4 qrupa ayırırsız. Yəni kündələri boşqab böyüklüyündə yayıb arasına əritdiyiniz yağdan çəkib üstünə bir qat da qoyaraq 5 ədəd üst-üstə edirsiz. Kündələri nazik yayın.

Çay süfrənizi bəzəyəcək ləziz şirniyyat


4 ədəd 5 qatlı xəmir qrupu alınır. Sonra hər bir qrupu rulon şəklində sıx dolayırsız və soyuducunun buz yerində 30 dəqiqə saxlayırsız.

Çay süfrənizi bəzəyəcək ləziz şirniyyat


Sonra rulonları barmaq enində kəsirsiz.
Kəsilən xəmirləri yan üstə ya da kəsildiyi şəkildə üstündən basaraq bir az yayırsız və arasına qoz qoyub bağlayırsız (qatların daha çox bilinməsi üçün kəsildiyi şəkildə yaymaq daha yaxşıdı).

Çay süfrənizi bəzəyəcək ləziz şirniyyat


Yağlı kağız sərilmiş listə düzüb üstünə marqarin tökursüz. 15 dəqiqə listdə gözlətdikdən sonra əvvəlcədən isidilmiş sobada üstü qızarana qədər bişirirsiz. Bu reseptdə yazılmasa da mən üstlərinə yumurta sarısı çəkmişdim, zənnimcə yazmağı unutmuşdular, çünki çəkmədikdə qızarmırlar.

Digər tərəfdən şərbəti hazırlayırsız. Şəkər tozuna suyu əlavə edib şərbəti qaynadırsız, hazır olana yaxın limon suyunu da əlavə edib bir az da qaynadırsız. Soyumasını gözləyirsiz. Bişmiş tatlıları şərbətin içinə atıb 1-2 saat saxladıqdan sonra süfrəyə verirsiz.

Not: Tatlıları şərbətə atarkən həm tatlılar həm də şərbət soyumuş olmalıdır!

Çay süfrənizi bəzəyəcək ləziz şirniyyat


Dadı çox gözəl olur, bişirməyi hər birinizə məsləhət görürəm.


Nuş olsun!


17 iyun 2010
GO BACK