Tərkibi:
3 yumurta
1 st şəkər tozu
3 st un
1 st süd
1 st duru yağ
6 ç/q nescafe
1 paket qabartma tozu
1 paket vanilin
2 y/q kakao
1 ç/q darçın
Hazırlanması:
Bir stəkan südü isidin, içinə 6 çay qaşığı qəhvəni qoyaraq qarışırın və ilıqlaşmağını gözləyin.
Şəkər və yumurtaları köpük-köpük olana qədər çırpın. Duru yağ və ilıq südlü qəhvəni əlavə edərək çırpmağa davam edin.
Un, darçın, qabartma tozu, kakao, vanili ələyərək əlavə edin və qarışdırın.
Muffin qablarını yağlayın və xəmiri qablara paylaşdırın. 180 dərəcə əvvəlcədən isidilmiş sobada bişirin.
İçinin bişdiyini çöplə yoxlayın. Soyudub qəlibdən çıxartdığınız keksi servis edin.