Qadin.NET / Balqabaqlı yemək (foto-resept)

Balqabaqlı yemək (foto-resept)

 

Tərkibi:

500 qr balqabaq

1 ədəd soğan

3-4 diş sarımsaq

4-5 yemək qaşığı zeytun yağı

Yarım limon suyu

3 yemək qaşığı sirkə

Yarım armudu stəkan su

Duz, istiot

1 yemək qaşığı un

 

Servis üçün:

sarımsaqlı qatıq

 

Hazırlanması:

Balqabağı bərabər ölçülərdə doğrayın. Soğanları doğrayın. Sarımsaqları əzin.

Soğanları soba listinə yayın, üzərinə balqabaqları düzün.

 

Balqabaqlı yemək (foto-resept)

 

 

Zeytun yağı, sirkə, limon suyu, duz, istiot və suyu ayrı qabda çırparaq balqabaqların üzərinə gəzdirin.

 

Balqabaqlı yemək (foto-resept)

 

 

Soba listinin üzərini örtün, 180 dərəcədə əvvəlcədən isidilmiş sobada 45 dəqiqə bişirin.

Soba qabının üzərini açın və balqabaqların üzərinə un səpin. Sobanı 160 dərəcəyə endirin.

 

Balqabaqlı yemək (foto-resept)

 

 

Balqabaqların üzəri qızaranda sobadan çıxardın. Üzərinə sarımsaqlı qatığı əlavə edib servis edin.

Nuş olsun!

12 mart 2020
GO BACK