Qadin.NET / Qarpız mürəbbəsi (foto-resept)

Qarpız mürəbbəsi (foto-resept)

 

Tərkibi:

 

1 kq qarpız qabığı

1,2 kq şəkər tozu

mixək və ya vanil

limon turşusu və ya yarım limon

 

Hazırlanması:

 

Qarpız qabığının xaricindəki yaşıl hissələrini soyun. İç tərəfindəki qırmızı qisimlərini çıxarın. Qabıqları arzu etdiyiniz şəkildə doğrayın və geniş bir qazana tökün. Üzərinə 3 xörək qaşığı soda və 2 litr su qarışımını boşaldıb, 1 gecə bu şəkildə saxlayın. Qabıqları sodalı sudan çıxarıb yaxşıca yuyun. Yuduqdan sonra qazana qoyub üzərini keçəcək qədər su əlavə edin. 15-20 dəqiqə qaynadın və süzün. Bir başqa qazana şəkər tozu və 2 su stəkanı su töküb qaynadın.

Qarpız mürəbbəsi (foto-resept)

Qaynadıqdan sonra, qaynadılmış qarpız qabıqları, mixək və vanili əlavə edib qabıqlar yaxşıca yumşalıncaya qədər bişirin. Mürəbbənin şirəsi qatılaşanda üzərinə yarım ədəd limon suyunu əlavə edin və 3-5 dəqiqə daha qaynadın. Daha sonra ocağın altını söndürün. Qarpız mürəbbəsini ilıq olaraq qablara boşaldın və soyuyanda qapağını möhkəm bağlayın.

Qarpız mürəbbəsi (foto-resept)

26 avqust 2019
GO BACK