Qadin.NET / Badımcan turşusu (foto-resept)

Badımcan turşusu (foto-resept)

Tərkibi:

5 ədəd badımcan

bitki yağı

sirkə

sarımsaq

baş soğan

göyərti - cəfəri və keşniş

duz

istiot

 

Hazırlanması:

Badımcan turşusu (foto-resept)

Badımcanlar yuyulub başları kəsiləndən sonra onları qaynatmaq lazımdır. Bunun üçün onları bir qazan suya yerləşdirib, üzərinə 1 yemək qaşığı duz töküb orta dərəcədə qaynadırıq. Badımcanlar qaynadıqda, saata baxıb odu bir qədər azaldırıq ki onlar sakitcə qaynasınlar. 20 dəqiqədən sonra badımcanları çıxarmaq olar. Bişmiş badımcanları boşqab üzərinə düzüb soyumasını gözləyin. Badımcanlar soyuyandan sonra, ikinci mərhələyə keçmək olar. Göyərti və sarımsaq xırda doğranılır, soğan yarımdairə formasında doğranılır.  Hazırlıq işləri bitdi, indi isə badımcanlara keçirik. Badımcanlar kubik şəklində doğranılır. Şüşə qabın dibinə soğanlar düzülür.  Soğanın üzərinə doğranılmış badımcanlar düzülür. Duz və istiot əlavə edilir. Badımcanın üzərinə xırda doğranmış sarımsaq əlavə edilir. Yenidən soğan layı təkrarlanır. Soğanın üzərinə xırda doğranmış göyərti əlavə edilir. Birinci lay hazırdır. İndi isə üzərinə sirkə və bitki yağı əlavə edilir. Sonra yenidən badımcan düzülür və eyni yuxarıda qeyd edilən kimi, badımcan bitənə qədər təkrarlanır. Bizdə 3 lay alındı. Sonda, üstdən mütləq sirkə və bitki yağı əlavə edilməlidir. Ağzını bağlayın. Süfrəyə verildikdə, boşqaba töküb, üzərinə göyərti və sumax əlavə etmək olar.

Badımcan turşusu (foto-resept)

19 avqust 2019
GO BACK