Qadin.NET / Alma mürəbbəsi (foto resept)

Alma mürəbbəsi (foto resept)

 Alma mürəbbəsi (foto resept)

Tərkibi:

Alma-1 kq

Şəkər tozu-1kq

Hazırlanması:

İlk öncə orta ölçülü almaları seçib yuyuruq.

Qurudub orta hissəsini şəkildəki kimi çıxarırıq. Sonra dilim-dilim doğramaq lazımdır.

Mürəbbəni bişirəcəyimiz qaba lay-lay düzürük.

Hər layın arasına şəkər tozu səpirik. Ən 7-8 saat saxlamaq lazımdır. Gecə hazırlayıb səhərə qədər saxlamaq daha uyğundur.

Alma mürəbbəsi (foto resept)

Almalar şirəsini tam çıxarır.

Alma mürəbbəsi (foto resept)

Şəkər tozu demək olar ki, alma suyu ilə həll olur.

Orta odda qaynayana kimi gözləyirik və qaynadıqdan sonra götürürük. Bir neçə saatdan sonra tam soyuyur.

Alma mürəbbəsi (foto resept)

Yenidən qaynayana qədər gözləyirik və 5 dəqiqə ərzində qaynamasını gözləyirik.

Yenidən oddan götürüb sabaha saxlayırıq. Və səhər yenidən hazır olana qədər bişiririk. 

Alma mürəbbəsi (foto resept)

Dadlı alma mürəbbəmiz hazırdır.

Alma mürəbbəsi (foto resept)

Nuş olsun!

25 iyul 2016
GO BACK