Tərkibi:
Kələm - 1 kq
Kök - 100q
Nar - 1 ədəd
Duz
Ədviyyatlar
Hazırlanması:
Kələmin üst qabıqlarını əvvəlcə ayırıb atırıq. Sonra kələmi incə-incə doğrayırıq. Kökün qabığını təmizlədikdən sonra sürtkəcdən keçiririk. Və üzərinə 1 kq kələm üçün nəzərdə tutulan duz əlavə edib əlimizlə yaxşı-yaxşı qarışdırırıq. Bu zaman kələm yumşalmalı və şirəsi çıxmalıdır. Zövqə görə zirə və şüyüd toxumu əlavə edə bilərsiniz.
Narı təmizləyibb turşunu yığacağımız bankanın içinə bir qədər əlavə edirik. Sonra hazırladığımız kələmi bir qədər əlavə edib bir az üzərindən basırıq. Elə etmək lazımdır ki, nar əzilməsin. Sonra yenə nar dənələrini bir qədər əlavə edirik və üzərinə yenə kələm. Beləliklə, banka dolana qədər bu cür edirik. Hər dəfə üzərindən basdıqca kələmin şirəsi artacaq.
Sonuncu sıranı kələmin yarpaqlarından da etmək olar. Və qapağını bağlayıb 2-4 gün saxlamaq lazımdır. Tez-tez baxmaq və kələmin üzərindən taxta qaşıqla basmaq lazımdır ki, qazı çıxsın. Suyunun bulanıqlığı sizi narahat etməsin. Kələm hazır olduqda duzu dibə enəcək və suyu şəffaf olacaq. Hazır kələmi soyuducuda saxlamaq lazımdır. Süfrəyə verərkən üzərinə zövqünüzə uyğun bitki yağı da əlavə edə bilərsiniz.
Kələm turşumuz hazırdır.
Nuş olsun!