Tərkibi:
3.5 kq qırmızı bibər
2.5 kq pomidor
1.5 kq soğan
1 kq kök
3 ədəd yaşıl bibər
5 dis sarımsaq
1 dəstə cəfəri
0.5 litr "Zeytun Bağları" zeytun yağı
1 xörək qaşığı sirkə
Duz
Hazırlanması:
Öncə soğanları halqa-halqa doğrayırıq.
Yağda azca qızardırıq.
Pomidorun qabığını soyub azca sıxırıq ki, tumları çıxsın. Sonra ət maşınında çəkib soğanların üzərinə əlavə edirik.
Kökləri uzun-uzun doğrayıb üzərinə əlavə edirik və bişməyə qoyuruq.
Pomidorun suyu cəkilənə kimi bişiririk. Götürməyə 5 dəqiqə qalmış sarımsaqları xırda-xırda doğrayaraq qarışığa əlavə edib bişirməyə davam edirik. Damaq dadına uyğun olarq duz əlavə edilir.
Atəşdən götürdükdən sonra doğranmış cəfəri və sirkəni əlavə edirik. Ağzı bağlı şəkildə 10 dəqiqə saxlayırıq ki, dadları qarışsın.
Bankalara yığırıq, sobanı 150 dərəcəyə qoyub təxminən 1 saat qaynadılır. Suda qaynatmağa ehtiyac yoxdur. Sobaya yerləşsin deyə 0.5 litrlik bankalara yığırıq.
Salatımız hazırdır.