Tərkibi:
200 qr tomat pastası
200 ml soyuq su
2 dəstə keşniş
4-5 diş sarımsaq
1 ç/q acika
1 ç/q sirkə
0,5-1 ç/q duz
1/4 ç/q istiot
1 x/q xmeli-suneli
Hazırlanması:
Bu sous üçün istifadə olunan "Bizim Tarla" tomat pastasının rəngi qırmızı və qatı olmalıdır.
Dərin qaba xırda doğranmış keşniş, sarımsaq əzilir, istiot, duz, xmeli-suneli, acika, sirkə əlavə edilir.

Tomat pastası əlavə edilib yaxşı qarışdırılır.

İçməli sərin suyu az-az əlavə edərək yaxşı qarışdırılır (sousun qatılığını suyu əlavə edərək özünüz müəyyən edə bilərsiniz).

Sousumuz hazırdır.
Hazır sous quru bankaya yığıb soyuducuda saxlanılır.

Sousu süfrəyə verə bilərsiniz.

Nuş olsun!
(tərcümə edilib)