Qadin.NET / Qış tədarükü edərkən bunları bilməlisiniz

Qış tədarükü edərkən bunları bilməlisiniz

Kələm turşusu üçün bizə 1kq kələm, 100qr kök, 200 qr çuğundur, 5 ədəd dəfnə yarpağı, 10 ədəd üyüdülməmiş dən istiot, 15 qr duz, 350 qr üzüm sirkəsi lazım olacaq. Ərzaqlar təmizlənir və uzun-uzun doğranır. Ədviyyatlarla qarışdırılaraq bankaya yığılır. Üzərinə üzüm sirkəsi tökülərək bankanın qapağı bağlanır. Diqqət etmək lazımdır ki, hava keçməsin. Və sərin yerdə saxlanılır. Turşuların hazırlanmasında da diqqət edin ki, məhsul yerli olsun. Tərəvəzlər mütləq şəkildə təmiz yuyulmalıdır. Turşular plastik yox, şüşə qablarda saxlanılmalıdır. Açıqda satılan turşulardan da uzaq durmaq lazımdır. Çünki onlarda hava-damcı yolu ilə yayılan virusların olması ehtimalı var.


Bəzən düzgün qaydada hazırlanmayan turşular və konservləşdirilmiş məhsullar zəhərlənməyə səbəb ola bilir.
Zəhərlənməyə səbəb ev şəraitində hazırlanan turşular, kompotlar və ya konservləşdirilmiş hər hansısa məhsullar ola bilər və belə zəhərlənmələrlə bağlı yaranan xəstəlik "botulizm" adlanır. Botulizm müxtəlif tipli bakteriyalar və onların güclü ekzotoksinləri ilə törədilən ağır qida toksikoinfeksiyasıdır (zəhərlənməsidir). Mikrobla çirklənmiş torpaqdan yaxşı təmizlənməmiş meyvə və tərəvəzlər konservləşdirildikdən sonra sporlar vegetativ formaya kecir və toksin ifraz etməyə başlayır. Son illər botulizmlə zəhərlənməyə səbəb ancaq ev şəraitində konservlşdirilən qidalar olur. Bu riskdən azad olmaq üçün, konservləşdirilmək məqsədi ilə aldığımız meyvə və tərəvəzlər təzə olmalı, çatlaq, çürük və sapı üstündə olmamalıdır. Meyvə və tərəvəzlər axar su altında təmiz yuyulmalı və isti qaynar suda sterilizə olunmuş şüşə qablarda bağlanmalıdır həmçinin sərin, quru və qaranlıq şəraitdə mühafizə olunmalıdır. Çox vaxt istehlakçılar turşu almaq üçün mağazaya, bazara da üz tuturlar və bunun üçün diqqət olunmalı məqamlar da var. İlk növbədə açıqda satılan turşulardan uzaq durmaq lazımdır. Çünki açıq şəraitdə satılan turşuların üstünə kənardan çirkli tozun hopması, istehlakçıların turşunun dadına baxmaq məqsədi ilə əllə toxunmaları və.s mikroorqanizmlərin çoxalmasına səbəb olur ki buda zəhərlənmə ilə nəticələnir. Plastik qablarda satılan turşuları istehlak etmək də təhlükəli sayılır belə ki, plastik qabın bir neçə dəfə istifadə edilməsi, turşunun tərkibində olan aşılayıcı maddənin qabın tərkibində olan zəhərli maddəyə qarışması zəhərlənməyə səbəb olur və buna görə də plastik qablarda satılan şorbalardan uzaq durmaq lazımdır. Mağazadan alacağımız turşuların qapağına diqqət etmək lazımdır ki, ağzı şişmiş və ya deformasiyaya uğramış olmasın və bununla yanaşı turşunun qabının üzərindəki bütün məlumatları dəqiq oxumaq lazımdır.


Çox yaxşı deyiblər, ehtiyat igidin yaraşığıdır. Yay aylarında qışa tədarük etməklə, xanımlar soyuq aylar üçün olan ehtiyyatlarını etmiş olurlar. Amma hazırladığınız məhsulun təhlükəsiz olduğuna da diqqətlə yanaşmaq lazımdır. Təqdim etdiyimiz reseptlərə uyğun olaraq hazırlıq görsəniz, qış üçün daha dadlı və təhlükəsiz məhsul tədarükü etmiş olarsınız.

29 sentyabr 2020
GO BACK