Qadin.NET / Qışlıq pomidor sousu (foto-resept)

Qışlıq pomidor sousu (foto-resept)

Tərkibi:

5 kiloqram pomidor

2 y/q duz

1 çay st zeytun yağı

rahat soyulması üçün:

2 litr qaynar su

2 litr buzlu su

Konserv üçün:

5 ədəd 750 qramlıq banka

Hazırlanması:

Pomidorların başına bıçaqla cızıqlar atın.

Əvvəlcə qaynar suya atıb 40-50 saniyə qaynar suda saxlayın və həmin an buzlu suya atın.

Qabıqları qalxan pomidorları əlinizlə soyun və kub-kub doğrayın.

Pomidorları qazana atın və üstünə duzu əlavə edərək orta dərəcədə arada qarışdıraraq 1,5 saat qədər bişirin.

Pomidorları qazın üstündən götürmədən 10 dəqiqə əvvəl zeytun yağı əlavə edin və qarışdırın.

Təmiz bankalara qazın altını söndürüb pomidorları bölüşdürün. Yuyub quruladığınız təzə qapaqlarla bankaları bağlayın.

Bankaları tərs çevirin və souslar tamamilə soyuyana qədər gözləyin.
Pomidor souslarını günəş görməyən yerə qoyun.

29 avqust 2020
GO BACK