Qadin.NET / Dondurmalı profiterol (foto-resept)

Dondurmalı profiterol (foto-resept)

 

Tərkibi:

 

yarım su st süd

yarım sü st su

113 qram kərə yağı

1 çimdik duz

1 y/q toz şəkər

1 u st un

5 yumurta

Dondurmalı profiterol (foto-resept)

İçlik üçün:

vanilli dondurma

 

üstü üçün:

200 ml krem

200 qram bitter şokolad

badam və ya fıstıq

 

Hazırlanması

 

Sobanı 180 dərəcəyə qoyun. Soba listinə yağlı kağız sərin.

Süd, su, şəkər, duz və kərə yağını qazana əlavə edin və ortada dərəcədə qaynamağa qoyun.

Qaynadıqda unu əlavə edib taxta qaşıqla, bütün xəmir halına gələnə qədər 3-4 dəqiqə qarışdırın.

Qazın üstündən götürüb mikser qabına atın. 4 yumurtanı tək-tək əlavə edib mikserlə çırpın.

Xəmiri düz uclu sıxma torbasına doldurun, listə sıxın.

Üstlərinə çırpılmış yumurta çəkib qızaran qədər təxminən 20 dəqiqə bişirin. Sobadan çıxarıb soyumağa qoyun.

 

Dondurmalı profiterol (foto-resept)

 

Şokoladı kiçik hissələrə bölün. Kremi sous qazanına əlavə edib, orta dərəcədə isidin.

Şokoladı əlavə edib əriyənə qədər qarışdırın. Qazın üstündən götürüb qarışdıraraq soyudun.

 

Dondurmalı profiterol (foto-resept)

 

Profiterol topların eninə ortadan ikiyə bölün. İçlərinə bir top dondurma yerləşdirin.

Üstünə şokolad sousu gəzdirib badam və ya fıstıq səpin.

 

Dondurmalı profiterol (foto-resept)

 

28 iyun 2019
GO BACK