Tərkibi:
Qırmızı alça
1-1,5 su st toz şəkər
1,5 litr su
2 diş quru mixək
istəyə görə 1 çubuq darçın
Hazırlanması:
Alçaları yuyun və qazana atın. Üstünə toz şəkər, mixək, su və darçını əlavə edərək qazın üstünə qoyun.
Şəkər əriyənə qədər qarışdırın, orta dərəcədə təxminən 25 dəqiqə bişirin.
Bişən alçaları süzgəcdən isti-isti süzün.
5 dəqiqə süzgəcdə saxlayın. Alçalar soyuduqdan sonra damaq dadınıza görə soyuq su əlavə edib servis edin.