Qadin.NET / Bibərli çörək (foto resept)

Bibərli çörək (foto resept)

 

Tərkibi:

 

Xəmir üçün

 

1 su st süd

1 su st su

yarım su st biraz çox zeytun yağı

4,5 su st un

20 qram yaş maya

1,5 ç/q duz

1 y/q şəkər

 

İçlik üçün

1 ədəd böyük soğan

1 ədəd qırmızı bibər

1 y/q bibər sousu

1 y/q quru nanə və ya 1 ç/q kəklikotu

2 y/q susam

1 ç/q cirə

1 y/q acı qırmızı istiot

1 çay st zeytun yağı

 

Hazırlanması:

Xəmir üçün olan ərzaqları yoğurmağa başlayın. Mayanı şəkər və ilıq südlə qarışdırın. Digər ərzaqları da əlavə edərək 15 dəqiqə mayalanmasını gözləyin.

Bu əsnada içlik ərzaqların bir qabında içində saxlayın.

Bibərli çörək (foto resept)

Mayalanan xəmirdən  qozdan böyük, mandalindən kiçik hissələr qoparın. Əliniz və ya oxlo ilə kündələri açın.

Bol miqdarda bibərli sousdan üstünə çəkib, yağlı kağız sərili listə düzün.

Bibərli çörək (foto resept)

190 dərəcədə 20 dəqiqə bişirin. İsti-isti servis edə bilərsiniz.

Bibərli çörək (foto resept)

 

13 yanvar 2019
GO BACK