Qadin.NET / Mərci böreyi (foto resept)

Mərci böreyi (foto resept)

 

Tərkibi:

 

2 ədəd kövrək

yarım su st su

2 ədəd soğan

3 su st yaşıl mərci

2 y/q duru yağ

1 ç/q duz, istiot, toz qırmızı bibər

 

Üstü üçün:

1 ç/q susam

 

 İçlik üçün:

2 ədəd yumurta

1 su st süd

yarım çay st duru yağ

 

Hazırlanması:

Qazana su doldurun və mərciləri yuyub qazana əlavə edib altını yandırın. Başqa bir qazana da doğranmış soğanları, kərə yağını və duru yağı əlavə edib soğanlar qızarana qədər qovurun. 

Mərci böreyi (foto resept)

Soğanların üzərinə digər qazanda qaynadıb süzdüyünüz mərciləri qoyub qarışdırın. Sonra ədviyyatları əlavə edin və altını söndürüb qırağa qoyun. Bir qabda zeytun yağı və duru yağı əlavə edib yaxşıca qarışdırın.

Mərci böreyi (foto resept)

Kündələrdən biri oxlo ilə açın və sousu fırça köməyi ilə xəmirin hər tərəfinə çəkin. Daha sonra digər kündəni də açın və eyni şəkildə sousdan hər tərəfinə çəkin. Pizza dilimi kimi xəmiri 8 hissəyə bölün.

İçliyi xəmirlərin geniş tərəflərinə qoyun və kənarlarını qatlayıb sarıyın. Hamısını sarıdıqdan sonra yumurta sarısını çəkin. 200 dərəcəlik sobada 45 dəqiqə bişirin.

Mərci böreyi (foto resept)

 

 

16 sentyabr 2018
GO BACK