Tərkibi:
10 qram şəkər
5 qram quru maya
100 ml su
500 qram un
100 ml süd
50 ml tərəvəz yağı
350 qram qiymə
200 qram pomidor
200 qram soğan
10 qram cəfəri
5 qram zirə
5 qram qarışıq ədviyyatlar
Su,duz
Bəzək üçün təzə cəfəri, nanə
Hazırlanması:
Bir qabda şəkər, su və mayanı qarışdıraq.
Qaşdırıcıya un, süd, duz, su və mayalı qarışığı əlavə edib qarışdıraq və xəmir edək.
Xəmirin üzərini streç filmlə bağlayıb 30 dəqiqə saxlayaq.
Geniş bir qabda doğranmış pomidor, soğan, cəfəri, qiymə, duz və ədviyyatları əlavə edib, yaxşıca qarışdıraq.
Xəmiri unlu səthdə dairəvi olacaq şəkildə incə açaq. Bir neçə hissə alıb bu şəkildə açaq.
Qiyməli qarışımı xəmirin ortasına yerləşdirək. 250 dərəcə qızdırılmış sobada 10 dəqiqə
bişirək.
Cəfəri, soğan, nanə və istəyə bağlı ayran, qatıqla süfrəyə verə bilərsiniz.
Nuş olsun.