Qadin.NET / Kəsmikli bağlama (foto resept)

Kəsmikli bağlama (foto resept)

Tərkibi: 

  Yumurta - 3 ədəd

 "Best Cow" kərə yağı - 100 q.

 Un - 500 q.

 Duz - 1 ç. q.

 Su 250 ml.

İçlik üçün:

 Kəsmik - 3 paçka

Yumurta - 1 ədəd

 Şüyüd - 1 dəstə

Duz 

Kəsmikli bağlama (foto resept)
Hazrlanması:
Kəsmikli bağlama (foto resept)
Əvvəlcə xəmir hazırlanır.

Stola un ələnir, sonra unun ortasını açırıq, yəni çökəldirik və üzərinə 3 ədəd yumurta əlavə edirik.

Elə unun ortasinda da yumurta çəngəllə çalinir.

Kəsmikli bağlama (foto resept)

 Yumurtanin üzərinə duz, və su əlavə edib yumşaq xəmir yoğururuq. 

Kəsmikli bağlama (foto resept)

20 dəqiqə süfrəyə büküb saxlayırıq. 

 Bu ərəfədə içliyi hazirlayiriq.

Kəsmikli bağlama (foto resept)

Şüyüd yuyulur, xırda doğranılır.

Kəsmikli bağlama (foto resept)

Əvvəlcə kəsmik çəngəllə yaxşı qarışdırılır. Sonra doğranmış göyərti və bir ədəd yumurta əlavə edin.

Yaxşı qarışdırın. Daha sonra duz əlavə edin yenə qarışdırın.

Kəsmikli bağlama (foto resept)

 Xəmiri 4 yerə bölürük. Yani 4 kündə edirik. Daha sonra hər bir kündə ayrıca yayilir.

   Kündəyə un töküb oxlovla yayırıq, yayılmış xəmirin üzərinə əridilmiş kərə yağı çəkirik.

Kəsmikli bağlama (foto resept)
Və sonra şəkildə göstərildiyi kimi qatlayırıq. Yenə də yağlayırıq.
Kəsmikli bağlama (foto resept)

Şəkildə  gördüyünüz kimi qatlayıb yağlayırıq. 

Kəsmikli bağlama (foto resept)

Sonra xəmirin ağzı yığılıb bükülür şəkildəki kimi.

Kəsmikli bağlama (foto resept)

 İndi bükülmüş yağlı xəmiri, oxlovla yayırıq, sonra xəmirin üzərinə içliyi yayırıq.

Kəsmikli bağlama (foto resept)

Üz-üzə olan küncləri qatlayıb, hər açıq yeri tikiş kimi bərkidirik, ağzını kip bağlayırıq ki, kəsmik görünməsin.

Şəkildə göründüyü kimi.

Kəsmikli bağlama (foto resept)

Xəmirin uçlarını üzərinə qatlayın şəkildəki kimi büküb bişirəcəyimiz qaba düzürük.

 Tavaya ərinmiş yağ əlavə edib, vam xodda hər iki üzü qızardılır.

  Kəsmikli piroqumuz hazırdır.
Kəsmikli bağlama (foto resept)

Nuş olsun!

 (TərСЃümə edilib)
30 sentyabr 2016
GO BACK